Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Aprel 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin Türkiyəyə rəsmi səfəri Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu  generalı İlker Başbuğun dəvəti ilə həyata keçirilir. Səfər zamanı regional təhlükəsizlik məsələləri, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında mövcud hərbi-texniki əməkdaşlığın vəziyyəti və onun gələcək inkişaf perspektivləri müzakirə mövzusu olacaqdır.
Müdafiə naziri Səfər Əbiyevin Türkiyə Respublikasının prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Köksal Topdan, Türkiyənin Müdafiə naziri Vecdi Könül və Müdafiə Sənayesi Komitəsinin sədri Murad Bayarla görüşləri nəzərdə tutulur.