AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 7-də saat 11:25-dən 11:35-dək və 16:15-dən 16:55-dək Ermənistan Respublikası Berd rayonu Çinarlı və Mosesqex kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəklikləri və Koxanəbi kəndi ərazisindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.