AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yanvarın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Françişek Qaqoru qəbul edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 22-də saat 04:10-dan 05:30-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 05:45-dən 05:50-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 06:10-dan 06:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 20-də saat 17:00-dan 17:50-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 21:55-dən 22:45-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:00-dan 22:40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 19-da saat 09:51-dən 10:00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Vilnüs şəhərində İngilis dili kursu (19 yanvar- 05 iyun);Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Predeal şəhərində Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar kursu (19-30 yanvar); Axtarış və xilasetmə kursu (19-30 yanvar); Buxarest şəhərində İntensiv İngilis dili kursu (19 yanvar-19 iyun);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İsparta şəhərində Şiddətli soyuq havalarda müharibə və hərbi xizəksürmə kursu (19 yanvar - 13 fevral); Ankara şəhərində Fototerapiya kursu (29 yanvar - 13 fevral) keçirilir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Oberammerqau şəhərində (Almaniya) SNT planlaşdırma simpoziumu (21-22 yanyar);- Aksaz şəhərində (Hərbi Dəniz Qüvvələri bazası) (Türkiyə) “Cooperative Marlin-Mako 2009” təlimlərinin əsas planlaşdırma konfransı (26-30 yanvar);- Tbilisi şəhərində (Gürcüstan) “Cooperative Lancer-Longbov 2009” təliminin əsas planlaşdırma konfransı (19-23 yanvar) keçirilir.
Dekabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belçikanın ökəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filipp Jottarı qəbul edib.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 18-də saat 23:00-dan 23:50-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonu ərazisində yerləşən adsız yüksəkliklərdəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağbulaq kəndi yaxınlığında yerləşən mövqelərini; - saat 17:25-dən 17:33-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:20-dən 18:35-dək Goranboy rayonunun adsız yüksəklikləri yaxınlığında yerləşən mövqelərdən;- yanvarın 19-da saat 01:15-dən 01:40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 16-da saat 18:10-dan 18:25-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - yanvarın 16-dan 17-nə keçən gecə saat 23:45-dən 00:16-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 14-də saat 17:50-dən 18:15-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex və Ayqepar kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini; - saat 20:10-dan 20:50-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.