Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2009 00:03

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Vilnüs şəhərində İngilis dili kursu (19 yanvar- 05 iyun);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Predeal şəhərində Kəskin relyef və iqlim şəraitində hərbi əməliyyatlar kursu (19-30 yanvar); Axtarış və xilasetmə kursu (19-30 yanvar); Buxarest şəhərində İntensiv İngilis dili kursu (19 yanvar-19 iyun);
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İsparta şəhərində Şiddətli soyuq havalarda müharibə və hərbi xizəksürmə kursu (19 yanvar - 13 fevral); Ankara şəhərində Fototerapiya kursu (29 yanvar - 13 fevral) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.