Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2009 00:02

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- Oberammerqau şəhərində (Almaniya) SNT planlaşdırma simpoziumu (21-22 yanyar);
- Aksaz şəhərində (Hərbi Dəniz Qüvvələri bazası) (Türkiyə) “Cooperative Marlin-Mako 2009” təlimlərinin əsas planlaşdırma konfransı (26-30 yanvar);
- Tbilisi şəhərində (Gürcüstan) “Cooperative Lancer-Longbov 2009” təliminin əsas planlaşdırma konfransı (19-23 yanvar) keçirilir.
“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:
- Ankara şəhərində (Türkiyə) Terrorizmin maliyyə mənbələri və axınları ilə mübarizə kursu (19-23 yanvar);
- Sarayevo şəhərində (Bosniya və Herseqovina) Qərargah zabitləri üçün mühüm bacarıqlar kursu (19 yanvar-20 fevral);
- Tallin şəhərində (Estoniya) “Combined Endevor 2009” təliminin ilkin planlaşdırma konfransı (20-23 yanvar) keçirilir.