Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 14 Yanvar 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 13-də saat 18:30-dan 18:45-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 13 Yanvar 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 12-də saat 20:20-dən 20:25-dək və yanvarın 13-də saat 00:05-dən 00:30-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex və Ayqedzor kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu və Əlibəyli kəndləri ərazisində yerləşən mövqelərini; - saat 16:40-dan 17:10-dək Goranboy rayonunun ərazisindəkı adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 01:30-dan 01:35-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 12 Yanvar 2009 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 14-də Azərbaycan Respublikasının Tərtər və Ağdərə rayonları arasında yerləşən yoldakı (Tərtər rayonu) qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 10 Yanvar 2009 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 9-da saat 23:10-dan 23:45-dək Füzuli rayonunun Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 9 Yanvar 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 8-də saat 14:20-dən 14:27-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşen mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 7 Yanvar 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 7-də saat 03:55-dən 04:20-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 6 Yanvar 2009 00:00

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 5-də saat 17:25-dən 17:40-dək və 22:30-dan 22:45-dək Ermənistan Respublikası Berd rayonu Mosesqex kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndi ərazisində yerləşən mövqelərini; - saat 16:30-dan 16:50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 5 Yanvar 2009 00:03

Nato ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- Budapeşt şəhərində (Macarıstan) hərbi ingilis dili kursu (05 yanvar - 27 mart) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 Yanvar 2009 00:02

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:- Brüssel şəhərində (Belçika) VERİTY üzrə illik hərbi məlumatın hazırlanması (14-16 yanvar) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 5 Yanvar 2009 00:01

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində kütləvi qırğın mühafizə kursu (05 yanvar-06 fevral);Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Tatru şəhərində (Estoniya) Quru Qoşunları orta səviyyəli Komandanlıq və Qərargah kursu (07-yanvar-20 may); Birləşmiş Komandanlıq və Baş Qərargah kursu (10 avqust 2009 – 18 iyun 2010); Vilnüs şəhərində kiçik zabitlər (Quru Qoşunları) üçün komanda- qərargah kursu ( 12 yanvar-12 iyun );Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, York şəhərində hərbi ingilis dili kursu ( 12 yanvar – 3 aprel); Vışkov şəhərində (Çexiya) təlimatçı hazırlıq kursu (12 yanvar – 20 fevral):Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, San-Antonio şəhərində tibb xidməti zabiti kursu (14 yanvar – 04 noyabr); Bakı şəhərində Regional cavabvermə 2009 təliminin yekun planlaşdırma konfransı (12 – 16 yanvar); Vaşinqton şəhərində ABŞ-ın bioloji təhlükələrin azaldılması çərçivəsində görüş (12 – 16 yanvar) keçirilir.