ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 14-də Azərbaycan Respublikasının Tərtər və Ağdərə rayonları arasında yerləşən yoldakı (Tərtər rayonu) qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyatdə olan sədrinin şəxsi nümayandəsinin səhra köməkçiləri Piter Ki, Antal Herdiç və İrji Aberle keçirəcəklər.