Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Yanvar 2009 00:01

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, İstanbul şəhərində kütləvi qırğın mühafizə kursu (05 yanvar-06 fevral);
Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, Tatru şəhərində (Estoniya) Quru Qoşunları orta səviyyəli Komandanlıq və Qərargah kursu (07-yanvar-20 may); Birləşmiş Komandanlıq və Baş Qərargah kursu (10 avqust 2009 – 18 iyun 2010); Vilnüs şəhərində kiçik zabitlər (Quru Qoşunları) üçün komanda- qərargah kursu ( 12 yanvar-12 iyun );
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, York şəhərində hərbi ingilis dili kursu ( 12 yanvar – 3 aprel); Vışkov şəhərində (Çexiya) təlimatçı hazırlıq kursu (12 yanvar – 20 fevral):
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, San-Antonio şəhərində tibb xidməti zabiti kursu (14 yanvar – 04 noyabr); Bakı şəhərində Regional cavabvermə 2009 təliminin yekun planlaşdırma konfransı (12 – 16 yanvar); Vaşinqton şəhərində ABŞ-ın bioloji təhlükələrin azaldılması çərçivəsində görüş (12 – 16 yanvar) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələri iştirak edirlər.