Yanvarın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Françişek Qaqoru qəbul edib.
Görüş zamanı ölkələr arasında mövcud olan hərbi əməkdaşlıq sazişindən irəli gələn məsələlərin müzakirəsi və perspektivdə bu əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində faydalı fikir mübadiləsi aparılıb.
Nazir Səfər Əbiyev qonağı regiondakı hərbi-siyasi vəziyyətlə də məlumatlandırıb. General Françişek Qaqor Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini açıqlayaraq bildirmişdir ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.
Görüşdə Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kşiştof Kraevski iştirak edib.