Dekabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Belçikanın ökəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Filipp Jottarı qəbul edib.
Görüş zamanı regionda mövcud hərbi-siyasi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Nazir S.Əbiyev Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından hələ də geri çəkilmədiyini və bu istiqamətdə ATƏT-in Minsk Qrupunun apardığı fəaliyyətin konkret nəticə vermədiyini vurğulayıb.
İki ölkənin əlaqələrinə gəldikdə isə müdafiə naziri burada müəyyən uğurların olduğunu bildirib. Səfir isə öz növbəsində Belçika ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sazişinin imzalanması üçün artıq işlərin yekunlaşdığını nazir S.Əbiyevin diqqətinə çatdırıb.