Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Yanvar 2009 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 18-də saat 23:00-dan 23:50-dək fasilələrlə Ermənistan Respublikasının Berd rayonu ərazisində yerləşən adsız yüksəkliklərdəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağbulaq kəndi yaxınlığında yerləşən mövqelərini;
- saat 17:25-dən 17:33-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 18:20-dən 18:35-dək Goranboy rayonunun adsız yüksəklikləri yaxınlığında yerləşən mövqelərdən;
- yanvarın 19-da saat 01:15-dən 01:40-dək Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.