Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə nazirliyinin məlumatı 11 Noyabr 2008 00:03

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İzmir şəhərində İki ölkə arasında mina və minadan qorunma tədbirləri çərçivəsində məlumat mübadiləsi (11-14 noyabr); İstanbul şəhərində Azərbaycan HDQ-nin 7 nəfərlik bir qrupuna Türkiyə Dəniz Qüvvələrinin “Yıldızlar” suüstü təlim mərkəzində yanğın zədələrindən müdafiə təlimi kursunun keçirilməsi (17-21noyabr); Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Almaniya və Azərbaycan Müdafiə Nazirliyi nümayəndələri arasında qərargah danışıqları (11-14 noyabr); “BMT çərçivəsində təlim-ekspert danışıqları” (18-20 noyabr); Ştrausberq şəhərində Beynəlxalq mətbuat və informasiya zabiti kursu (24 noyabr-06 dekabr);Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində İngilis dili təlimatçıları kursu (19 noyabr 2008-20 noyabr 2009); Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində NATO zabitləri üçün hərbi ingilis dili kursu (17-28 noyabr) keçirilir.

Müdafiə nazirliyinin məlumatı 11 Noyabr 2008 00:02

“Sülh Naminə Tərəfdaşlıq” proqramına əlavə:

Müdafiə nazirliyinin məlumatı 11 Noyabr 2008 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 11 Noyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 10-da saat 13:50-dən 13:55-dək, 15:40-dan 16:05-dək və 16:35-dən 16:50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Mosesqex və Ayqepar kəndləri, İcevan rayonu Azatamut kəndi və Noyemberyan rayonu Voskevan kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu Əlibəyli, Koxanəbi, Qazax rayonu Cəfərli və Quşçu Ayrım kəndləri ərazisində yerləşən mövqelərini; - saat 10:20-dən 10:30-dək, 15:30-dan 16:00-dək və noyabrın 11-də saat 00:05-dən 00:15-dək fasilələrlə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 11:30-dan 11:40-dək və noyabrın 11-də saat 02:10-dan 02:20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 18:35-dən 18:55-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 19:05-də Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 20:25-dən 20:30-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 11-də saat 00:55-dən 01:10-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 10 Noyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 9-da saat 12:20-dən 12:40-dək və noyabrın 10-da saat 01:40-dan 02:05-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinarlı kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 14:45-dən 15:10-dək, 16:20-dən 16:35-dək, 18:30-dan 19:15-dək və 20:45-dən 21:15-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 16:45-dən 17:05-dək və noyabrın 10-da saat 05:00-dan 05:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Aşağıseyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 20:00-dan 20:30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 10-da saat 05:00-dan 05:30-dək Tərtər rayonunun Yarımca və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 8 Noyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 7-də saat 10:30-dan 10:35-dək, 15:00-dan 15:10-dək və 17:10-dan 17:20-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonu Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini; - saat 11:20-dən 12:10-dək və 18:20-dən 18:35-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 14:20-dən 14:30-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə nazirliyinin məlumatı 7 Noyabr 2008 00:01

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq oktyabrın 8-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 7 Noyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 23:00-dan 23:30-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini; - saat 08:45-dən 09:00-dək və noyabrın 7-də saat 02:05-dən 02:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 15:05-dən 15:15-dək və 20:20-dən 20:25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 17:10-dan 17:35-dək, 20:00-dan 20:20-dək və 23:35-dən 23:45-dək Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 20:10-dan 20:15-dək, 23:00-dan 23:10-dək və noyabrın 7-də saat 02:45-dən 03:00-dək Ağdam rayonunun Yusifcanlı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 20:15-dən 20:50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə nazirliyinin məlumatı 6 Noyabr 2008 00:01

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı İlkər Başbuğ noyabrın 6-da Bakıya rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 6 Noyabr 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 21:25-dən 21:38-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskevan kəndi, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini; - saat 12:05-dən 12:20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:15-dən 20:25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 21:35-dən 21:45-dək, 23:35-dən 23:40-dək və noyabrın 6-da saat 02:15-dən 02:25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.