Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 9-da saat 12:20-dən 12:40-dək və noyabrın 10-da saat 01:40-dan 02:05-dək fasilələrlə  Ermənistan Respublikası Berd rayonu Mosesqex və Çinarlı kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini;
- saat 14:45-dən 15:10-dək, 16:20-dən 16:35-dək, 18:30-dan 19:15-dək və 20:45-dən 21:15-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 16:45-dən 17:05-dək və noyabrın 10-da saat 05:00-dan 05:15-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Aşağıseyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:00-dan 20:30-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 10-da saat 05:00-dan 05:30-dək Tərtər rayonunun Yarımca və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.