NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- İzmir şəhərində (Türkiyə) “Cooperative Lancer-Longbov 2009” təliminin ilkin planlaşdırma konfransı (17-21 noyabr);
- Bakı şəhərində Silahlı Qüvvələrə hərbi təlim və təhsil sahəsində yardım üzrə ekspert qərargah görüşü (19-22 noyabr);
- Brüssel şəhərində (Belçika) Avro-Atlantik Tərəfdaşlıq Şurasının Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində görüşü (19 noyabr);
- Budapeşt şəhərində (Macarıstan) Müəllimlər üçün təkmilləşdirilmiş hərbi terminologiya kursu (24 noyabr-05 dekabr) keçirilir.