Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 6-da saat 23:00-dan 23:30-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağbulaq kəndi ərazisində yerləşən mövqelərini;
- saat 08:45-dən 09:00-dək və noyabrın 7-də saat 02:05-dən 02:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürrəhmanlı  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 15:05-dən 15:15-dək və 20:20-dən 20:25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
- saat 17:10-dan 17:35-dək, 20:00-dan 20:20-dək və 23:35-dən 23:45-dək  Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat  20:10-dan 20:15-dək, 23:00-dan 23:10-dək və noyabrın 7-də saat 02:45-dən 03:00-dək Ağdam rayonunun Yusifcanlı və Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 20:15-dən 20:50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.