Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Noyabr 2008 00:03

Müdafiə nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq İzmir şəhərində İki ölkə arasında mina və minadan qorunma tədbirləri çərçivəsində məlumat mübadiləsi (11-14 noyabr); İstanbul şəhərində Azərbaycan HDQ-nin 7 nəfərlik bir qrupuna Türkiyə Dəniz Qüvvələrinin “Yıldızlar” suüstü təlim mərkəzində yanğın zədələrindən müdafiə təlimi kursunun keçirilməsi (17-21noyabr);
Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Almaniya və Azərbaycan Müdafiə Nazirliyi nümayəndələri arasında qərargah danışıqları (11-14 noyabr); “BMT çərçivəsində təlim-ekspert danışıqları” (18-20 noyabr); Ştrausberq şəhərində Beynəlxalq mətbuat və informasiya zabiti kursu (24 noyabr-06 dekabr);
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində İngilis dili təlimatçıları kursu (19 noyabr 2008-20 noyabr 2009);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində NATO zabitləri üçün hərbi ingilis dili kursu (17-28 noyabr) keçirilir.
Tədbirlərdə Azərbayjan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.