Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 5-də saat 21:25-dən 21:38-dək fasilələrlə Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Voskevan kəndi, İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini;
- saat 12:05-dən 12:20-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat  20:15-dən 20:25-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 21:35-dən 21:45-dək, 23:35-dən 23:40-dək və noyabrın 6-da saat 02:15-dən 02:25-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.