Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 22 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 21-də saat 17:30-dan 17:40-dək və avqustun 22-də saat 05:30-dan 05:40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 20:05-dən 20:10-dək və 23:35-dən 23:46-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 23:10-dan 23:40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:00-dan 23:30-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 21 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 20-də saat 23:30-dan 23:45-dək və avqustun 21-də saat 00:10-dan 00:40-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Nerkin Karmiraxpür kəndi və İcevan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz, Ağstafa rayonları və Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini; - saat 22:25-dən 22:45-dək və 03:05-dən 03:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 23:55-dən avqustun 21–də saat 00:10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 00:30-dan 00:50-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 03:00-dan 03:15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;- saat 01:30-dan 02:10-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 20 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 14:20-dən 14:30-dək və avqustun 20-də saat 05:50-dən 06:00-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:20-dən 22:30-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:10-dan 23:20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;- avqustun 20-də saat 06:20-dən 06:45-dək Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 19 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 19-da saat 00:05-dən 00:40-dək Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 06:35-dən 06:43-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 Avqust 2008 00:01

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:

Müdafiə Nazirliyinin məlumatı 18 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-də saat 08:00-dan 08:25-dək, 22:40-dan 23:30-dək və avqustun 18-də saat 00:10-dan 00:25-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 00:50-dən 01:00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 00:30-dan 00:45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 18 Avqust 2008 00:00

Azərbaycan Respublikası ilə Bolqarıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində İngilis dili kursu (18 avqust-12 dekabr);Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vilnüs şəhərində İngilis dili kursu (18 avqust-14 dekabr);Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq San-Antonio şəhərində Hərbi Mülki Əlaqələr kursu (magistr dərəcəli) (20 avqust 2008-26 mart 2010); Ştutqard şəhərində (Almaniya) Hərbi Hüquq xidməti zabitlərinin görüşü (25-28 avqust);Azərbaycan Respublikası ilə Almaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bonn şəhərində Silahlı Qüvvələrin MTT məsələləri üzrə ekspert danışıqları (25-27 avqust);Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Uçuş Fəaliyyətinin planlaşdırılması və icrası mövzusunda təcrübə mübadiləsi (25-31 avqust);Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Pişavar şəhərində Təməl Hava Desant kursu (25 avqust-20 sentyabr);Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Vişkov şəhərində (Çex Respublikası) Təlimatçı hazırlığı kursu (25 avqust-03 oktyabr) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 16 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 15-də saat 15:10-dan 15:15-dək Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini; - saat 10:45-dən 10:50-dək Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 19:40-dan 19:55-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:55-dən 23:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:00-dan avqustun 16-da saat 01:25-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 05:10-dan 05:30-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 15 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 14-də saat 16:30-dan 16:45-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 14:00-dan 14:05-dək və avqustun 15-də saat 04:50-dən 05:10-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 23:40-dan 01:45-dək fasilələrlə Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 14 Avqust 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də saat 22:50-dən 23:05-dək və avqustun 14-də saat 02:20-dən 02:35-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 02:10-dan 02:25-dək və 05:00-dan 05:30-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:15-dən 02:43-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 05:00-dan 05:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.