AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 1-də saat 19:45-dən 19:50-dək və 20:30-dan 20:55-dək Ermənistan Respublikası Berd rayonu Çinari və Ayqedzor kəndləri ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam və Ağbulaq kəndləri ərazisində yerləşən mövqelərini;- saat 22:10-dan 22:45-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 23:20-dən 23:35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 31-də saat 20:00-dan 20:10-dək və 22:10-dan 22:30-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini;- saat 21:30-dan 22:05-dək və avqustun 1-də saat 04:50-dən 05:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;- saat 00:35-dən 00:50-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 06:00-dan 06:20-dək və 06:45-dən 07:00-dək Tərtər rayonunun Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Dalğıc sistemlərinin istifadəsi üzrə kurs (02-20 avqust); Bölüyün baş çavuşunun və taburun baş çavuşunun vəzifə borcları mövzusunda seminar (11-15 avqust); San-Antonio şəhərində Piyada zabitinin təməl kursu (06 avqust-30 mart 2009); Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Qlobal dəniz təhlükələri və təhlükəsizlik sistemi kursu (04-22 avqust); Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Tartu şəhərində “Quru Qoşunları Orta Səviyyəli Komandanlıq və Qərargah” kursu (04 avqust-12 dekabr); Azərbaycan Respublikası ilə Qırğızıstan arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Sülhməramlı fəaliyyətlər sahəsində təcrübə mübadiləsi üzrə ekspertlərin işçi görüşü (11-12 avqust) keçirilir.