Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 31-də saat 20:00-dan 20:10-dək və 22:10-dan 22:30-dək fasilələrlə Ermənistan Respublikası Berd  rayonu ərazisindəki adsız yüksəkliklərdə və Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax  rayonlarının ərazisindəki adsız yüksəkliklərdə  yerləşən mövqelərini;
- saat 21:30-dan 22:05-dək və avqustun 1-də saat 04:50-dən 05:15-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 00:35-dən 00:50-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında  yerləşən mövqelərdən;
- saat 06:00-dan 06:20-dək və 06:45-dən 07:00-dək Tərtər rayonunun Çaylı və Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.