Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Dalğıc sistemlərinin istifadəsi üzrə kurs (02-20 avqust); Bölüyün baş çavuşunun və taburun baş çavuşunun vəzifə borcları mövzusunda seminar (11-15 avqust); San-Antonio şəhərində Piyada zabitinin təməl kursu (06 avqust-30 mart 2009);
Azərbaycan  Respublikası ilə Türkiyə  arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Ankara şəhərində Qlobal dəniz təhlükələri və təhlükəsizlik sistemi kursu (04-22 avqust);  
Azərbaycan Respublikası ilə Litva arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Tartu şəhərində “Quru Qoşunları Orta Səviyyəli Komandanlıq və Qərargah” kursu (04 avqust-12 dekabr);
Azərbaycan Respublikası ilə Qırğızıstan  arasında imzalanmış ikitərəfli  əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində Sülhməramlı fəaliyyətlər sahəsində təcrübə mübadiləsi üzrə ekspertlərin işçi görüşü (11-12 avqust) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.