Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 2008 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 13-də saat 22:50-dən 23:05-dək və avqustun 14-də saat 02:20-dən 02:35-dək fasilələrlə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:10-dan 02:25-dək və 05:00-dan 05:30-dək Ağdam rayonunun Yusifcanlı və Mərzili  kəndləri yaxınlığında yerləşən mövqelərdən;
- saat 02:15-dən 02:43-dək Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;
- saat 05:00-dan 05:30-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur.
İtki yoxdur.