AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 5-də saat 11:00-dan mayın 6-sı saat 00:35-dək fasilələrlə Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Qərvənd kəndləri sahəsində yerləşən mövqelərdən;- saat 17:00-dan 17:15-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 20:25-dən mayın 6-sı saat 06:15-dək Tərtər rayonunun Çiləbürt və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 02:05-dən 02:10-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
“SÜLH NAMİNƏ TƏRƏFDAŞLIQ” PROQRAMI ÇƏRÇİVƏSİNDƏ, FƏRDİ TƏRƏFDAŞLIQ PROQRAMI ƏSASINDA KEÇİRİLƏN VƏ DİGƏR TƏDBİRLƏRİN SİYAHISI May, 2008-ci il S/S FTP nömrəsi Tarix Tədbirin adı Keçiriləcəyi yer 1.
ATƏT-in fəliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 7-də Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 4-də saat 08:30-dan 21:50-dək fasilələrlə Ermənistan Respublikası Berd rayonu Çinari kəndi sahəsindəki mövqelərdən və Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Qazax rayonları sahəsində yerləşən mövqelərini;- saat 16:00-dan mayın 5-i saat 01:10-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 16:40-dan 16:50-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Mayın 1-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Aydoğan Babaoğlunu qəbul etmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 30-da saat 18:40-dan 18:55-dək Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu Qaravəlilər kəndi sahəsində yerləşən mövqelərini;- saat 17:00-dan mayın 1-i saat 00:22-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən; - saat 17:10-dan mayın 1-i saat 04:45-dək fasilələrlə Ağdam rayonunun Mərzili, Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;- saat 00:00-dan 00:25-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.