Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

Müdafiə Nazirliyinin məlumatı 31 May 2008 00:01

Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində birgə treninqlər (01-30 iyun) keçiriləcək.

Müdafiə Nazirliyinin məlumatı 31 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 00:00-dan 00:05-dək Ermənistan Respublikası Noyemberyan rayonu ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi sahəsindəki mövqelərini;- mayın 30-da saat 21:30-dan 22:10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; - saat 22:05-dən 22:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; - saat 22:35-dən 22:45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 30 May 2008 00:01

Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Bakı şəhərində birgə treninqlər (01-30 iyun) keçirilir.

Müdafiə Nazirliyinin məlumatı 30 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 29-da saat 17:40-dan 17:50-dək Ermənistan Respublikası Berd rayonu Mososqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;- mayın 30-da saat 04:50-dən 05:10-dək Tərtər rayonunun Qızıloba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 29 May 2008 00:02

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik S.Əbiyevin dəvətilə Estoniya Müdafiə Qüvvələrinin komandanı general-leytenant Ants Laaneots mayın 29-da Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.

Müdafiə Nazirliyinin məlumatı 29 May 2008 00:01

Mayın 28-də İraqdakı Azərbaycan sülhməramlı bölüyünün 4 zabiti mayor Sadiq Yəhyazadə, kapitan Teyfur Rüstəmov, kapitan Emin Novruzov və baş leytenant Mehman Əbdülrəhmanov nümunəvi xidmətlərinə görə “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunublar.

Müdafiə Nazirliyinin məlumatı 29 May 2008 00:00

Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 28-də saat 13:25-dən 22:02-dək ara-sıra Ermənistan Respublikası Berd rayonu Mososqex kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki mövqelərini;- saat 10:05-dən 22:30-dək fasilələrlə Goranboy rayonunun ərazisindəki adsız yük-sək¬liklərdə, Tapqaraqoyunlu və Borsunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; - saat 10:20-dən mayın 29-u saat 00:45-dək fasilələrlə Füzuli rayonunun ərazi-sindəki adsız yüksəkliklərdə, Aşağı Əbdürrəhmanlı və Aşağı Veysəlli kəndləri yaxın-lığında yerləşən mövqelərdən; - saat 21:50-dən 22:05-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyot-lardan atəşə tutmuşlar.

Müdafiə Nazirliyinin məlumatı 27 May 2008 00:01

Mayın 18-dən 26-dək NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilmişdir.

Müdafiə Nazirliyinin məlumatı 26 May 2008 00:02

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 22-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatı 26 May 2008 00:01

NATO ilə Azərbayjan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqrammı çərçivəsində: