Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 18-dən 26-dək NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün 1-ci səviyyəli NATO qiymətləndirməsi təlimi keçirilmişdir. Təlim uğurla başa çatmışdır.
Brunsum şəhərindəki (Niderland Krallığı) NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının 6 zabiti (İsveç-1, Avstriya -1, Almaniya -1, Finlandiya - 1, Belçika - 2) qiymətləndiricilər qrupunun üzvləri  qismində iştirak etmişdir.
Təlimin şərti ssenarisinə uyğun olaraq, NATO qüvvələri ilə birgə 15 tapşırıq (arama və axtarma, humanitar yüklərin müşaiyyət edilməsi, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, vertolyotla evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingilis dilinin səviyyəsi və s.) icra edilmiş və Azərbaycan Silahlı Qüvvələrinin bölüyü tapşırıqların yerinə yetirilməsində müvvəffəq nəticələr əldə etmişdir.
NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının qiymətləndiricilər qrupu təlimdən razı qaldıqlarını bildirmişlər. Yaxın zamanlarda komandanlığın hesabatı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim ediləcəkdir.
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Silahlı Qüvvələri bölüyünün ilkin özünü qiymətləndirmə təlimi 13-15 noyabr 2007-ci il tarixlərində keçirilmişdir.
Bu ilki təlim keçən ildəki ilə müqayisədə irəliyə doğru daha yaxşı nəticələrinə görə diqqəti cəlb edir.