Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbayjan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqrammı çərçivəsində:
- Oberammerqau şəhərində (Almaniya) “Silahlara nəzarət və Məlumat mübadiləsi” kursu (26-30 may);
- Latina şəhərində (İtaliya) NATO Rabitə və Kommunikasiya zabitlərinin tanışlıq kursu (26-30 may) keçirilir.
Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq proqramına  uyğun olaraq Ankara şəhərində (Türkiyə) “Zədələnmələr üzrə”  kurs  (26 may-13 iyun);  
Azərbaycan Respublikası ilə Pakistan arasında imzalanmış ikitərəfli  əməkdaşlıq proqramına  uyğun olaraq Pişavar  şəhərində (Pakistan)  “Təməl Hava Desant” kursu  (26 may-21 iyun) keçirilir.  
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.