Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 May 2008 00:01

Müdafiə Nazirliyinin məlumatı

Mayın 28-də İraqdakı Azərbaycan sülhməramlı bölüyünün 4 zabiti mayor Sadiq Yəhyazadə, kapitan Teyfur Rüstəmov, kapitan Emin Novruzov və baş leytenant  Mehman Əbdülrəhmanov nümunəvi xidmətlərinə görə “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə təltif olunublar.
Göstərdikləri peşəkarlığa, verilən tapşırıqları vaxtında yerinə yetirdiklərinə görə Azərbaycan sülhməramlıları dəfələrlə həm NATO, həm də Çoxmillətli Qüvvələrin rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.
Hazırda “ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Nailiyyət medalı” ilə 9 Azərbaycan zabiti təltif olunub.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin tərkibində 1997-ci ildə sülhməramlı bölük, sonra isə sülhməramlı tabur yaradılıb. Tabur Bakıdakı “N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərir. Sülhməramlı tabur hərbi hissənin təlim-tədris bazasında intensiv hazırlıq keçir, əsgərlər ən azı 6 ay xidmətdən sonra sülhməramlı missiyalara göndərilir.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 45 sülhməramlısı xidmət edir.