AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 14-də saat 15:45-dən 19:20-dək fasilələrlə Ermənistan Respublikası İcəvan və Noyemberyan rayonlarının ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli və Kəmərli kəndləri yaxınlığındakı mövqelərini;- saat 13:10-dan 15:50-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 15:10-dan 15:20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 20:30-dan 20:40-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 15-də saat 06:30-dan 06:40-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 15-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Böyük Britaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Karolin Braunu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 13-də saat 17:20-dən 17:30-dək və saat 18:20-dən 18:40-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 21:05-dən noyabrın 14-ü saat 01:20-dək fasilələrlə Tərtər rayonunun Çaylı və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:35-dən 05:00-dək fasilələrlə Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Noyabrın 14-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Dato Saipulu qəbul etmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 12-də saat 18:10-dan noyabrın 13-ü saat 02:17-dək fasilələrlə Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 22:02-dən noyabrın 13-ü saat 02:30-dək fasilələrlə Ağdam rayonunun Şıxlar, Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:30-dan noyabrın 13-ü saat 04:45-dək fasilələrlə Füzuli rayonunun Alxanlı və Qaraxanbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutumuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 11-də saat 19:25-dən 19:45-dək Goranboy rayonunun Gülüstan kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 19:50-dən 20:20-dək və saat 23:45-dən 23:50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:00-dan noyabrın 12-də saat 06:35-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:Ankara şəhərində (Türkiyə) "Sülhməramlı əməliyyatlarda qaçqınların idarə edilməsi" üzrə kurs (12-16 noyabr);Split şəhərində (Xorvatiya) "Combined Endevor 2008" təliminin ilkin planlaşdırma konfransı (13-16 noyabr);Bakı şəhərindo Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində elan edilmiş bölüyün özünü-qiymətləndirmə təlimi (13-15 noyabr) və NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığının ekspert qrupu ilə işçi görüşü (13-16 noyabr) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 9-da saat 21:00-dan 21:05-dək və noyabrın 10-da saat 05:00-dan 05:15-dək Ağdam rayonunun Cəvahirli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:00-dan 22:15-dək və noyabrın 10-da saat 02:10-dan 02:20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 10-da saat 02:00-dan 02:30-dək Xocavənd rayonunun Kuropatkino kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 03:20-dən 04:00-dək Tərtər rayonunun Çiləbürt kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 8-də saat 22:40-dan 22:50-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:10-dan 19:35-dək fasilələrlə və noyabrın 9-da saat 05:45-dən 06:10-dək Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:30-dan 01:00-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutumuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 7-də saat 23:20-dən 23:40-dək Ağdam rayonunun Nəmirli kəndinin cənub-şərqində yerləşən mövqelərdən;- noyabrın 8-də saat 00:20-dən 00:40-dək həmin rayonun Cəvahirli kəndinin yaxınlığmda yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.