AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 29-da saat 19:05-dən 22:35-dək fasilələrlə Tərtər rayonunun Çiləburt kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:10-dan 22:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Borsunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 19:30-dan noyabrın 30-u saat 02:45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 28-də saat 18:40-dan 19:15-dək Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- saat 22:40-dan 22:50-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 29-da saat 01:00-dan 04:40-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 27-də saat 13:25-dən noyabrın 28-i saat 05:15-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 21:05-dən 21:15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 28-də saat 05:50-dən 06:10-dək Ağdam rayonunun Tağıbəyli və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Rusiya Federasiyasının Müdafiə naziri Anatoliy Serdyukov Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvətilə noyabrın 27-də Bakıya rəsmi səfərə gəlmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 26-da saat 20:35-dən 21:05-dək və noyabrın 27-də saat 04:00-dan 04:15-dək Ağdam rayonunun Cəvahirli və Şıxlar kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 00:40-dan 02:40-dək fasilələrlə Füzuli rayonunun Qaraxanbəyli və Alxanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 02:40-dan 03:25-dək fasilələrlə Tərtər rayonunun Həsənqaya kəndinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:- Bakı şəhərində "NATO-nun Madrid şəhərindəki Quru Qoşunları Komponent Komandanlığının Mobil Təlim qrupunun təlim kursu” (26-27 noyabr);- Solneçnoqorsk şəhərində (Rusiya) Beynəlxalq Humanitar Hüquq üzrə "Senej-48” kursu (26 noyabr-07 dekabr);- London şəhərində (Böyük Brintaniya) "İngilis dili" kursu (26 noyabr — 03 dekabr);- Vilnüs şəhərində (Litva) Cənubi Qafqaz və Moldova üzrə "Clearing House” konfransı (27-29 noyabr) keçirilir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-də saat 13:12-dən noyabrın 26-sı saat 00:16-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən;- saat 16:00-dan 16:20-dək və noyabrın 26-da saat 05:25-dən 05:40-dək Ağdam rayonunun Nəmirli, Şıxlar və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- saat 18:55-dən 23:15-dək fasilələrlə Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli və Qorqan Veysəlli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən;- noyabrın 26-da saat 00:50-dən 02:10-dək fasilələrlə Tərtər rayonunun Göyarx və Çiləbürt kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclası keçirilmişdir.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 23-də saat 22:50-dən 23:10-dək Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki mövqelərini;- noyabrın 24-ü saat 02:15-dən 04:45-dək fasilələrlə Ağdam rayonunun Cəvahirli və Sarıcalı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.