Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 29-da saat 19:05-dən 22:35-dək fasilələrlə Tərtər rayonunun Çiləburt kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:10-dan 22:40-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Borsunlu kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 19:30-dan noyabrın 30-u saat 02:45-dək fasilələrlə Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.