Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 28-də saat 18:40-dan 19:15-dək Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- saat 22:40-dan 22:50-dək Füzuli rayonunun Alxanlı kəndinin yaxınlığında yerləşən mövqelərdən;
- noyabrın 29-da saat 01:00-dan 04:40-dək fasilələrlə Ağdam rayonunun Sarıcalı və Cəvahirli kəndlərinin yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.