Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində:
Ankara şəhərində (Türkiyə) "Sülhməramlı əməliyyatlarda qaçqınların idarə edilməsi" üzrə kurs (12-16 noyabr);
Split şəhərində (Xorvatiya) "Combined Endevor 2008" təliminin ilkin planlaşdırma konfransı (13-16 noyabr);
Bakı şəhərindo Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində elan edilmiş bölüyün özünü-qiymətləndirmə təlimi (13-15 noyabr) və NATO-nun Ali Birləşmiş Transformasiya Komandanlığının ekspert qrupu ilə işçi görüşü (13-16 noyabr) keçirilir.
Azərbaycan Respublikası ilə Latviya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Riqa şəhərində Hərbi-siyasi məsələlər üzrə məsləhətləşmələr (12-13 noyabr);
Azərbaycan Respublikası ilə Rumıniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Buxarest şəhərində "Hərbi ingilis dili" kursu (12-23 noyabr);
Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vışkov şəhərində (Çex Respublikası) "Treninqlərin idarə edilməsi" üzrə kurs (12-30 noyabr) keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.