AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Silahlı Qüvvələri gücləndikcə bunu gözü götürməyənlərin sayı da artır.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-da saat 18:15-dən 18:40-dək Ağdam rayonunun Şurabad kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərinə, gecə saat 05:20-dən 05:50-dək həmin rayonun Cəvahirli, saat 06:15-dən 06:40-dək Kəngərli kəndlərindəki mövqelərimizə avtomat və pulemyot silahlardan atəş açmışlar.
May ayının 10-da Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, idarə və xidmət rəisləri, başda müdafiə naziri general-polkovnik Səfər Əbiyev olmaqla ulu öndərin doğum günü münasibətilə Fəxri xiyabana gələrək əbədiyaşar Ali Baş Komandanın məzarını ziyarət etmişlər.
Alman faşizmi üzərində tarixi Qələbənin 62-cı ildönümü münasibətilə mayın 8-də Müdafiə Nazirliyində 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş bir qrup veteranla Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olmuşdur.
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 2-də saat 21:25-dən 21:35-dək Qazax rayonunun Məzəmli kəndi və kəndin yaxınlığındakı döyüş məntəqəmizə, saat 23:40-dan gecə saat 02:00-dək Füzuli rayonunun Mehdili və Horadiz kəndləri yaxınlığında olan Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərinə atəş açmışlar.
Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Həmidi Zareni qəbul etmişdir.