Müdafiə Nazirliyinin məlumatı
21 May 2007 00:00
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- mayın 21-dən iyunun l-dək Ankara şəhərində (Türkiyə) “Maddi-texniki təminat üzrə tanışlıq” və İzmir şəhərində “Hava məkanına nəzarət və idarəetmə” kursları;- mayın 24-dən 25-dək Ankara şəhərində “Bombalı intiharçılığa sövq edən səbəblər” mövzusunda işçi görüşü;- mayın 28-dən 31-dək Roma şəhərində (İtaliya) “Sülh naminə tərəfdaşlıq” çərçivəsində təlimatçılar üçün kurs keçirilir.