Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

May ayının 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandan müavini briqada generalı Robert Ayrtonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları salamlayan Müdafiə naziri Səfər Əbiyev Azərbaycan-ABŞ əlaqələrinin hazırkı səviyyəsindən söhbət açaraq qeyd etmişdir ki, Azərbaycan Amerika ilə bütün sahələrdə-iqtisadi, siyasi və hərbi sahələrdə əməkdaşlığın tərəfdarıdır. İndi hərbi sahədə əməkdaşlığımız həm ikitərəfli, həm də NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində davam edir. Lakin Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin aradan qaldırılmaması Azərbaycan-Amerika hərbi əməkdaşlığının intensiv şəkildə inkişafına ciddi məhdudiyyətlər yaradır.
Səmimi qəbul üçün Azərbaycanın Müdafiə nazirinə təşəkkür edən briqada generalı R.Ayrton ABŞ-ın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd etmiş və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsini ön plana çəkmişdir.