Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 21-də saat 21:50-dən 22:35-dək Tərtər rayonunun ərazisindəki işğal olunmuş yüksəkliklərdə yerləşən mövqelərindən və mayın 22-də saat 03:00-dan 03:40-dək Ağdam rayonunun Cəvahirli kəndinin 2 km. cənub-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.