Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu il mayın 16-da Azərbaycan Respublikasının Ağdam rayonunun Çəmənli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilmişdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Piter Ki və Miroslav Vımetal keçirmişlər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Günter Folk və Jaslan Nurtazin keçirmişlər.
Monitorinq insidentsiz başa çatmışdır.