Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- mayın 21-dən iyunun l-dək Ankara şəhərində (Türkiyə) “Maddi-texniki təminat üzrə tanışlıq” və İzmir şəhərində “Hava məkanına nəzarət və idarəetmə” kursları;
- mayın 24-dən 25-dək Ankara şəhərində “Bombalı intiharçılığa sövq edən səbəblər” mövzusunda işçi görüşü;
- mayın 28-dən 31-dək Roma şəhərində (İtaliya) “Sülh naminə tərəfdaşlıq” çərçivəsində təlimatçılar üçün kurs keçirilir.
Azərbaycan Respublikası ilə Ukrayna arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, mayın 20-dən 24-dək Odessa şəhərində “Sea Breaze-2007” təliminin yekun planlaşdırma konfransı;
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, mayın 21-dən 29-dək İstanbul şəhərində “Ulduz-2007” hərbi oyunları keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.