Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Alman faşizmi üzərində tarixi Qələbənin 62-cı ildönümü münasibətilə mayın 8-də Müdafiə Nazirliyində 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş bir qrup veteranla Müdafiə naziri general-polkovnik  Səfər Əbiyevin görüşü olmuşdur.
Qarşılıqlı mehribanlıq şəraitində keçən görüşdə Müdafiə naziri S.Əbiyev bəşəriyyəti faşizm taunundan xilas edən bu Qələbənin qazanılmasında Azərbaycan xalqının rolundan danışmış, həmvətənlərimizin ön və arxa cəbhələrdə göstərdiyi qəhramanlığı yüksək qiymətləndirmiş, veteranları təbrik edərək, onlara cansağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşdə Müdafiə naziri Səfər Əbiyev həmçinin Dağlıq Qarabağ probleminin həlli istiqamətləri barədə də ətraflı söhbət açmışdır. O bildirmişdir ki, qüdrətli Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı yağı düşməndən azad etməyə hər an hazırdır və bu yol heç də uzaqda deyildir.
Sonra veteranlara mükafat və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Görüşdə müharibə veteranlarından bir neçəsi çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.