Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

May ayının 10-da Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, idarə və xidmət rəisləri, başda müdafiə naziri general-polkovnik Səfər Əbiyev olmaqla ulu öndərin doğum günü münasibətilə Fəxri xiyabana gələrək əbədiyaşar Ali Baş Komandanın məzarını ziyarət etmişlər. Nazir Səfər Əbiyev Silahlı Qüvvələrin şəxsi heyəti adından Heydər Əliyevin məzarı önünə əklil qoymuşdur.
Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin xalqımız qarşısında göstərdiyi böyük və əvəzsiz xidmət bu gün hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək minnətdarlıq hissi ilə yad edilir. Azərbaycanın yeni tarixini yaradan Heydər Əliyevin bizim üçün qoyduğu zəngin irs xalqımızın gələcək inkişaf yolunu işıqlandıran fundamental fəaliyyət proqramıdır. Bu çoxcəhətli proqramın ən mühüm qollarından birini ordu quruculuğu təşkil edir. Bugünkü qüdrətli və güclü ordu məhz onun adı ilə bağlıdır.