Mayın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Həmidi Zareni qəbul etmişdir. Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilən görüşdə Azərbaycan-İran dövlətləri arasında əlaqələrin daha da genişlənməsinə dair fikir mübadiləsi aparılıb.
Müdafiə naziri S.Əbiyev səfir Nasir Həmidi Zareni Azərbaycandakı yeni səfirlik fəaliyyəti ilə bağlı təbrik etmiş və gələcək işlərində ona uğurlar arzulamışdır.