Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2007 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 9-da saat 18:15-dən 18:40-dək Ağdam rayonunun Şurabad kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərinə, gecə saat 05:20-dən 05:50-dək həmin rayonun Cəvahirli, saat 06:15-dən 06:40-dək Kəngərli kəndlərindəki mövqelərimizə avtomat və pulemyot silahlardan atəş açmışlar. Eyni vəziyyət saat 17:30-dan 17:45-dək Gədəbəy rayonunun 2142 km yüksəkliyində yerləşən mövqelərimizdə də baş vermişdir.
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.