AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 16-da saat 01:40-dan 01:45-dək Qazax rayonunun Aşağı Əskipara kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini; - saat 06:10-dan 07:20-dək Tərtər rayonunun işğal olunmuş Cerabert kəndi sahəsindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 14-də saat 22:20-də Qazax rayonunun Məzəmli kəndinin 0,4 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü;- martın 15-də saat 03:36-dan 03:46-dək Qazax rayonunun Sofulu kəndinin 1,5 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin rayonun Cəfərli kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.
Rumıniyanın Milli Müdafiə naziri cənab Teodor Atanasiu martın 13-də Bakıya rəsmi səfərə gəlmişdir.
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:- martın 13-dən 17-dək İzmir şəhərində (Türkiyə Respublikası) “Fəlakətlər zamanı humanitar yardım əmaliyyatları” kursu; - martın 13-dən 23-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Beynəlxalq Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı” mövzusunda seminar keçirilir.
Martın 9-da Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federal Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında qərargah danışıqları keçirilmişdir.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 10-da Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri:- martın 8-də saat 10:40-dan 10:45-dək İcevan rayonunun Sarakpikaş dağının 0,8 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi yaxınlığındakı mövqelərini; - saat 12:26-da Qazax rayonunun Bağanis Ayrım kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;- saat 18:50-də Noyemberyan rayonunun Berdavan kəndinin 1,6 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı mövqelərini;- martın 9-da saat 02:09-da İcevan rayonunun Berkaber kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndləri yaxınlığındakı mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri:- martın 7-də saat 18:25-də Qazax rayonunun Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini və kəndin özünü;- martın 8-də saat 02:20-də İcevan rayonunun Berkaber kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Martın 6-da saat 12:00-da Ermənistan Silahlı Qüvvələri bölmələrinin Füzuli rayonunun işğal edilmiş Aşağı Seyidəhmədli kəndi sahəsində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Nazimov Mühiddin Vəli oğlu (1987-ci ildə anadan olub, 2005-ci ilin iyulunda Oğuz RHK-dan çağrılıb) yaralanmışdır.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri:- martın 6-da saat 18:30-da İcevan rayonunun Berkaber kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini;- martın 7-də saat 01:10-dan 01:15-dək Noyemberyan rayonunun ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Fərəhli kəndi sahəsindəki mövqelerini avtomatlardan və pulemyotlardan atəşə tutmuşlar.