Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 6-da saat 12:00-da Ermənistan Silahlı Qüvvələri bölmələrinin Füzuli rayonunun işğal edilmiş Aşağı Seyidəhmədli kəndi sahəsində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Nazimov Mühiddin Vəli oğlu (1987-ci ildə anadan olub, 2005-ci ilin iyulunda Oğuz RHK-dan çağrılıb) yaralanmışdır. Vəziyyəti ağırdır.
Martın 7-də saat 04:45-də Ermənistan Silahlı Qüvvələri bölmələrinin Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərbində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Cahangirov Pərviz Asif oğlu (1986-cı ildə anadan olub, 2005-cı ilin aprelində Xaçmaz RHK-dan çağrılıb) həlak olmuşdur.
Müdafıə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyir.