Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri:
- martın 8-də saat 10:40-dan 10:45-dək İcevan rayonunun Sarakpikaş dağının 0,8 km şimalında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Cəfərli kəndi yaxınlığındakı mövqelərini;
- saat 12:26-da Qazax rayonunun Bağanis Ayrım kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini;
- saat 18:50-də Noyemberyan rayonunun Berdavan kəndinin 1,6 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı mövqelərini;
- martın 9-da saat 02:09-da İcevan rayonunun Berkaber kəndinin 1 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı və Aşağı Əskipara kəndləri yaxınlığındakı  mövqelərini atıcı silahlardan atəşə tutmuşlar.  
Cavab atəşilə düşmən susdurulmuşdur.
İtki yoxdur.