NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
- martın 13-dən 17-dək İzmir şəhərində (Türkiyə Respublikası) “Fəlakətlər zamanı humanitar yardım əmaliyyatları” kursu;
- martın 13-dən 23-dək Brüssel və Mons şəhərlərində (Belçika Krallığı) “NATO-nun Beynəlxalq Qərargahı və Tərəfdaşlığın Koordinasiya Qrupu ilə tanışlıq proqramı” mövzusunda seminar keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.