Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Mart 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 9-da Bakı şəhərində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federal Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında qərargah danışıqları keçirilmişdir.
Nümayəndə heyətləri Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri, Azərbaycan NATO əlaqələri, beynəlxalq sülhyaratma missiyalarında fəaliyyət ətrafında fikir mübadiləsi aparmış və 2006-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmişlər.
Sonra “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” imzalanmışdır.  
Saziş müdafiə və təhlükəsizlik siyasəti, hərbi təhsil, hərbi qanunvericilik, hərbi tarix, hərbi-tibb, informasiya və təcrübə mübadiləsi, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində və digər sahələrdə əməkdaşlığı nəzərdə tutur.
Sənədi Azərbaycan Respublikası tərəfdən general-leytenant Çingiz Məmmədov, Almaniya Federativ Respublikası tərəfdən isə briqada generalı Karl Müllner imzalamışlar.