AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində:
Ermənistan Silahlı Qüvvələrinin bölmələri:- martın 5-də saat 21:45-də Noyamberyan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsindəki mövqelərini pulemyotlardan;- martın 6-da saat 02:00-da və 03:10-da İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan;- martın 6-da saat 02:10-da Qazax rayonunun Cəfərli kəndinin 1,6 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan;- martın 6-da saat 03:05-də Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
Martın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Stepan Volkovetskini qəbul etmişdir.
Martın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.