Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2006 00:01

Müdafiə Nazirliyinin məlumatı

Martın 2-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələri Kollecinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
General-polkovnik S.Əbiyev qonaqları salamlayaraq Azərbaycanın müstəqillik yolu və Avropa təhlükəsizlik strukturlarına inteqrasiyası barəsində məlumat vermişdir.
Səmimi qəbul üçün Müdafiə nazirinə təşəkkür edən ABŞ-ın Respublikamızdakı fövqəladə və səlahiyyətli səfirinin müavini cənab Ceyson Xaylend nümayəndə heyətinə ABŞ Silahlı Qüvvələrinin gələcək liderlərinin daxil olduğunu qeyd edərək belə səfərlərin regionla tanışlıq üçün gözəl imkanlar yaratdığını vurğulamışdır.  
Sonra general-polkovnik S.Əbiyev Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bildirmişdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllinə tərəfdardır. Lakin Ermənistan rəhbərliyi bu məsələdə destruktiv mövqe tutur.
O demişdir: “Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq və danışıqlar yolu bir nəticə verməsə digər imkanlarından istifadə edəcəkdir”.
Görüşün sonunda general-polkovnik S.Əbiyev qonaqların Azərbaycan Silahlı Qüvvələrinin inkişafı, beynəlxalq terrorizmlə mübarizə, regionda həyata keçirilən iqtisadi lahiyələrin təhlükəsizliyi və digər məsələlər haqqında çoxsaylı suallarını cavablandırmışdır.