Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Mart 2006 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan Silahlı Qüvvələrinin bölmələri:
- martın 5-də saat 21:45-də Noyamberyan rayonu ərazisində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi sahəsindəki mövqelərini pulemyotlardan;
- martın 6-da saat 02:00-da və 03:10-da İcevan rayonunun Berkaber kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi sahəsindəki mövqelərini avtomatlardan və pulemyotlardan;
- martın 6-da saat 02:10-da Qazax rayonunun Cəfərli kəndinin 1,6 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan və pulemyotlardan;
- martın 6-da saat 03:05-də Qazax rayonunun Aşağı Əskipara kəndinin 0,5 km cənubunda yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomatlardan atəşə tutmuşlar.
İtki yoxdur.